29.11.2021

Şagirdlər peşə təmayüllü sinifdə olublar

İmişli rayonunun Gövəhrli kənd tam orta məktəbin şagirdləri rayonun Məzrəli kənd tam orta məktəbinə səfər ediblər.

 

Şagirdlər Məzrəli məktəbində yaradılmış peşə təmayüllü sinifdə olub, qızlar üçün bərbərlik, aşpaz, oğlanlar üçün isə dülgərlik dərslərində iştirak ediblər.

 

Səfərin təşkilində məqsəd şagirdləri peşələrlə tanış etmək, potensial iş yerləri ilə tanış etmək, onlara dərs prosesini tanıtmaq və ixtisaslarla bağlı məlumat vermək, eləcə də gələcəkdə peşə seçimində köməklik etmək olub.

 

Şagirdlər dərslərdə fəal iştirak edib və dərslərdən razı qaldıqlarını bildiriblər.


Açar sözlər: ,  ,  ,