30.11.2021

Şura iclası keçirilib

Noyabrın 29-da İmişli Rayon Təhsil Şöbəsində növbəti Şura iclası keçirilib. Şura iclasında gündəlikdə duran  məsələlərin müzakirəsindən öncə,  İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyev çıxış eədərk “2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri” barədə Təhsil nazirinin 21 sentyabr 2021-ci il tarixli F-450 nömrəli əmirdən irəli gələn vəzifələrin təşkili vəziyyəti, habelə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə istiqamətləndirici məlumatlar verib.

 

Sonra şuranın gündəliyində duran məsələlər müzakirə edildi:

1.İbtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin  monitorinqin nəticələri barədə metodist Məlahət İmanova,

2.Fərdi təhsilin təşkili vəziyyətinin monitorinqin nəticələri barədə aparıcı məsləhətçi Vüsal Bayramov,

3.I və X siniflərə şagird qəbulunun mövcud qaydalara uyğun təşkili vəziyyətinin monitorinqin nəticələri barədə metodist Vilayət Əliyev çıxışlar ediblər.

 

Rayonun ümumi təhsil məktəblərində aparılmış monitorinqlərin nəticələri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Sonda məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,