02.12.2021

Test üsulu ilə yoxlama (sınaq) imtahanları keçirilir

İmişli Rayon Təhsil Şöbəsinin tövsiyəsi ilə rayonunun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilir.

 

Sınaq imtahanlarında şagirdlər onlara Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən təqdim olunmuş sualları cavablandırırlar.

 

Yoxlama (sınaq) imtahanı şagirdlərin buraxılış imtahanına psixoloji cəhətdən hazırlıq səviyyələrinin artırılması məqsədilə keçirilir. Sınaq imtahanı şagirdlərin bilik, bacarıq və vərdişlərinin daha da artmasında böyük təcrübə olacaq.

 

İmtahan gedişində mövcud pandemiya şəraitinə uyğun qaydalara əməl olunması diqqətdə saxlanılır.


Açar sözlər: ,  ,  ,