12.12.2021

Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirilib

İmişli rayonunun ümumi təhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirilib.

Anım tədbirlərində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirlərdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu bildirilib.

 

Ümummilli liderin siyasi xəttinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.

 

Tədbirlərdə şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər, həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,