16.12.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

İmişli rayonunun ümumi təhsil məktəblərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

 

Tədbirlərdə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixli Sərəncamı şagirdlərin diqqətinə çatdırılıb. Aşıq Ələsgərin yaradıcılığının hər zaman ulu öndər Heydər Əliyevində diqqətində olduğu bildirilib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubiley tədbirləri dövlət səviyyəsində ölkə və SSRİ miqyasında təntənəli şəkildə qeyd olunub, əsərləri dəfələrlə nəşr edilib, Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılıb.

 

Tədbirlərdə Aşıq Ələsgərin  həyat və yaradıcılığı ilə bağlı məlumatlar verilib, şagirdlər onun şeirlərini səsləndiriblər.  

 

Aşıq Ələsgərin sözləri əsasında məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar  nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,