28.12.2021

“Əyləncəli və məntiqi riyaziyyat” adlı bilik yarışı keçirilib

İmişli rayon Aranlı kənd 1 saylı  və Cəbrayıl rayon Minbaşılı kənd tam orta məktəblərinin 10-cu sinif şagirdləri arasında “Əyləncəli və məntiqi riyaziyyat” adlı bilik yarışı keçirilib.

 

Bilik yarışı şagirdlər arasında əməkdaşlığı inkişaf etdirmək, onların dəqiq elmlərə marağını artırmaq və yeni biliklər qazandırmaq məqsədilə keçirilib.

 

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda Minbaşılı kənd məktəbinin komandası qalib olub.

 

Minbaşılı kənd tam orta məktəbin direktoru Elçin Hüseynov  şagirdləri yarış münasibətilə təbrik edərək, qalib komandanın üzvlərinə məktəblərin fəxri diplomların təqdim edib.


Açar sözlər: ,  ,  ,