28.12.2021

Məktəblilər arasında şahmat yarışı keçirilib

İmişli Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə dekabrın 27 – 28 - də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı 10 - 14 yaşlı şagirdlər arasında şahmat yarışı keçirilib.

 

Yarışda rayonun 8 ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışda 1-ci yeri 5 saylı məktəb-liseyin, 2-ci yeri 1 saylı məktəb-liseyin və 7 saylı tam orta məktəbin, 3-cü yeri isə 2 saylı tam orta məktəbin şagirdləri tutub.

 

Qaliblər İmişli RTŞ və UGİŞM tərəfindən müxtəlif hədiyyələr və diplomla təltif olunublar.


Açar sözlər: ,  ,  ,  ,