30.12.2021

Bayram təbriki!

İmişli Rayon Təhsil Şöbəsi olaraq ölkəmizin bütün təhsil işçilərini, o cümlədən bütün Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirik.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

 

Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 30 ildir ki, Dünya Azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci  illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilib.

 

Yola salmağa hazırlaşdığımız 2021-ci ildə həm sevincli, həm də kədərli günlər yaşadığımıza baxmayaraq qarşıdan gələn 2022-ci ildə azad olunmuş torpağlarımızda tikinti - quruculuq işləri aparılması davam edərək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.

 

2022-ci ildə xalqımıza bolluq, firavan həyat, sülh, əmin-amanlıq və hər zaman inkişaf etməsini, çiçəklənməsini arzu edirik!

 

Bayramınız mübarək!


Açar sözlər: ,  ,