10.01.2022

Müəllim və şagirdlər sertifikatla mükafatlandırılıblar

#STEAM layihəsinin tətbiq olunduğu məktəblərdən biri də İmişli şəhər 2 nömrəli tam orta məktəbidir.

 

Respublikada STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan Festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır. Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021” tədbirində İmişli şəhər 2 nömrəli tam orta məktəbin məüllimi Sevdanə Ağayeva və şagirdlər Səma Ağazadə, Selcan Ağazadə uğurla iştirak ediblər. Onaların hər biri layihədə uğurlu iştirakına görə Təhsil Nazirliyinin sertifikatları ilə mükafatlandırılıb.

 

Bu gün məktəbin pedaqoji kollektivinin yığıncağında İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyev sertifkatı təqdim edərək onları təbrik edib, STEAM layihəsinin məzmun, mahiyyəti, gələcək perspektivləri və hədəfləri haqqında danışıb. Bildirdi ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir. Dövlətimizin və hər bir vətəndaşımızın davamlı olaraq uğurları, nailiyyətləri  rəqabətqabiliyyətli yeniliklərin tətbiqinə hazır olmaqla bağlıdır.


Açar sözlər: ,  ,