11.01.2022

Nazirliyin rəsmi saytında yeni xidmətlər bölməsi yaradılıb

Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın təmin edilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində yeni xidmətlər bölməsi istifadəyə verilib.


Yeni bölmədə vətəndaşlar Təhsil Nazirliyi tərəfindən təqdim olunan bütün elektron xidmətlər barədə məlumat əldə edə və xidmətlərdən istifadəyə dair videotəlimatlarla tanış ola bilərlər. Beləliklə, elektron resurslardan istifadə vətəndaşlar üçün vahid platforma üzərindən olmaqla yanaşı, xidmətin hazırda icra statusu barədə də məlumat əldə edilməsində faydalı olacaq.