11.01.2022

Zəlzələ zamanı nə etməli?

İmişli rayonunun Rəsullu kənd tam orta məktəbində şagirdlərin seysmoloji biliklərə yiyələnməsi, maarifləndirilməsi məqsədi ilə zəlzələ zamanı məktəbdə, evdə ilkin hansı tədbirlərin görülməsi ilə bağlı tədbir keçirilib.

 

Zəlzələdən qorunmaq üçün şagirdlərə təlimat verilib, təbii hadisələrə qarşı hər an hazırlıqlı olmağı əyani olaraq şagirdlər icra ediblər.

 

Məktəbin hərbi rəhbəri Natiq Məmmədov zəlzələdən əvvəl, zəlzələ zamanı və sonra hansı davranış qaydalarına əməl etməyin yollarını şagirdlərə izah edib.

 

Məktəblərdə zələzələ zamanı davranış qaydaları ilə bağlı videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,