19.01.2022

Onlayn görüş keçirilib

İmişli rayonunun ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi haqqında Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq silsilə tədbirlər davam edir.

 

Bu gün rayon təhsil şöbəsi məktəb direktorları ilə bu faciyəyə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Tədbirdə çıxış edənlər 20 yanvar faciəsinin səbəbləri, həmin dövrdəki tarixi şəraiti təhlil edərək, həm də bu hadisəni xalqımızın qəhrəmanlıq tarixi kimi şərh ediblər.

 

Tədbirdə müasir dövrümüz, torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük tarixi Zəfər barədə danışarkən Azərbaycan xalqının müdrik prezidenti ilə haqqı, ədaləti bərpa etdiyi bir daha iftixarla vurğulanıb.


Açar sözlər: ,  ,  ,