04.04.2022

Lütfi Zadə adına məntiq olimpiadası keçirilib

Aprelin 2-də İmişli şəhər 5 nömrəli məktəb-liseydə rayonunun ümumi təhsil məktəblərinin 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib. Olimpiadada rayonun ümumi təhsil məktəblərindən 70 nəfər şagird iştirak edib.

 

Olimpiada saat 10:00-da başlayıb və 12:00-da başa çatıb. Olimpiadanın bu mərhələsində 30 test sualının cavablandırılması üçün şagirdlərə 2 saat vaxt verilib.

 

Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə 5-ci sinif şagirdləri arasında keçirilir. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir. Müsabiqədə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

Şagirdlər olimpiadanın nəticələrini 11 aprel tarixindən etibarən www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.


Açar sözlər: ,  ,  ,