14.04.2022

"Şuşa ili"nə həsr olunmuş "Riyaziyyat gecəsi" keçirilib

İmişli şəhər 5 nömrəli məktəb - liseyin riyaziyyat müəllimi Vüsalə Əsədovanın təşkilatçılığı ilə 6-cı və 8-ci sinif şagirdlərinin iştirakı ilə "Şuşa ili"nə həsr olunmuş "Riyaziyyat gecəsi" keçirilib.

 

Gecədə Vüsalə Əsədova çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin şagirdlərə Riyaziyyatın inkişaf tarixində Azərbaycan alimlərinin rolunu göstərmək, Riyaziyyatın bütün sahələrdə, məntiq və maraqlı tapmacalarda  da özünü göstərməsini aşılamaq olduğunu bildirib.

 

Şagirdlər riyaziyyata, məntiqə aid dünyaşöhrətli alimlərin maraqlı kəlamlarını söyləyib, məntiqi məsələ və misallar həll ediblər. Məntiqi məsələlərə daha tez cavab verən şagirdlər mükafatlandırılıblar.

 

Sonda məktəbin direktoru Validə Zülfüqarova çıxış edərək, şagirdlərə dərslərində uğurlar arzulayıb, onların riyaziyyat fənni ilə bağlı atdıqları addımları alqışlayıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.


Açar sözlər: ,  ,  ,  ,