15.04.2022

“Şahin” hərbi idman oyunu keçirilib

İmişli şəhər 2 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

 

Hərbi idman oyununda rayonun ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət komandalar yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif mərhələlərdə yarışıblar.

 

Yekun nəticələrə əsasən, Rəsullu kənd tam orta məktəbin komandası birinci, şəhər 7 nömrəli tam orta məktəblərin komandası ikinci və şəhər 5 nömrəli məktəb-liseyin komandası isə üçüncü yerləri tutublar.

 

Yarışın qalibi olan Rəsullu kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

 

“Şahin” hərbi-idman oyununu keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etmək və onları ordu sıralarında hərbi xidmətə hazırlamaqdır.


Açar sözlər: ,  ,  ,  ,