27.04.2022

UNEC-in əməkdaşları məktəblilərlə görüşüblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları universitetə savadlı gənclərin cəlb edilməsi məqsədi ilə İmişli rayonunun ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

 

Görüşlərdə şagirdlərə UNEC haqqında ətraflı məlumat verilib, tətbiq olunan yeniliklərdən danışılıb. Bildirilib ki, UNEC regionun ən böyük iqtisadyönümlü universiteti olmaqla yanaşı, həm də Azərbaycanın Rusiyada filialı olan yeganə ali təhsil müəssisədir. Burada təhsil 4 dildə – Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. UNEC tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocağıdır. Əlaçı tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramları da məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəbliləri maraqlandıran suallar universitetin (UNEC) əməkdaşları tərəfindən cavablandırılıb.


Açar sözlər: ,  ,