29.04.2022

İmişli rayonunda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

İmişli Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 2022-2023-cü tədris ili üzrə 1-ci siniflərinə şagird qəbuluna elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

 

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

 

Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)

 

İmişli şəhər 5 saylı məktəb-lisey üzrə:  (+994 51) 313-17-73

Məzrəli kənd tam orta məktəb üzrə:  (+994 51) 918-49-22

Otuziki kənd tam orta məktəb üzrə:  (+994 50) 283-53-93

Hacıbabalı kənd ümumi orta məktəb üzrə:  (+994 50) 429-17-29

 

Valideynlər digər bütün hallarla bağlı www.mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

 

Qeyd edək ki, 1-ci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, məktəb seçimi prosesinə isə mayın 6-dan başlanacaq.